Gəncədə bıçaqlanma olub. Gəncədə bıçaqlanma olub.

15 yaşlı oğlan bıçaqlandı - Sosial şəbəkədə şərh yerində...(Yenilənib)

Gəncədə bıçaqlanma olub.

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Dədə Qorqud prospektində qeydə alınıb.

2002-ci il təvəllüdlü Nuriyev Elvin Aqşın oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

E.Nuriyevin kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

09:04

***

AzNews.az Teleqraf.com-a istinadən xəbər verir ki, Dədə Qorqud prospektindəki parkda 2002-ci il təvəllüdlü Elvin Nuriyev bıçaqlanıb.

Xəstəxanaya yerləşdirilən Elvin Nuriyevə tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Elvin Nuriyev sosial şəbəkələrdən birində paylaşılan şəkilin şərh yerində tanımadığı başqa bir azyaşlı oğlanla mübahisə edib. Yeniyetmələr mübahisələrini virtual aləmdə yox, real həyatda davam etdirmək qərarına gəliblər. Axşam saatlarında parkda görüşüblər. Əlbəyaxa zamanı digər şəxs Elvin Nuriyevə bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçıb.

Hazırda polis cinayəti törədən şəxsin yerinin müyyən edilməsi istiqamətində əməliyyat tədbirləri keçirir.

Faktla bağlı cinayət işi başlanıb.