Qusarda 28 yaşlı oğlanın intiharının bəzi təfərrüatı məlum olub. Qusarda 28 yaşlı oğlanın intiharının bəzi təfərrüatı məlum olub.

Bələdiyyə üzvü olduğu deyilən gəncin müəmmalı ölümü: “Həyat yoldaşı görüb ki...”

Qusarda 28 yaşlı oğlanın intiharının bəzi təfərrüatı məlum olub.

Rayonun Hil kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, İldırım Firudin oğlu Yarəliyev bələdiyyə üzvü deyil:

“İldırım kəndə rayonun mədəniyyət şöbəsinin tarixi abidələrinə nəzarət edirdi... hamı şok içindədir. Gecə saat 11-də durub düşüb həyətə. Orada yarımtikili var, keçib ora, özünü asıb. Həyat yoldaşı görüb ki, İldırımdan səs çıxmır. Axtaranda onu asılı vəziyyətdə tapıb. Elə həmin anda da polisə zəng edib... ailəlidir, iki övladı var. Hamı kimi dolanırdı... intihar səbəbi məlum deyil”.

Qeyd edək ki, Qusarda intihar hadisəsi baş verib. Rayonun Hil kənd sakini, 1989-cu il təvəllüdlü İldırım Firudin oğlu Yarəliyev yaşadığı evin həyətində özünü asıb.

Bahar RÜSTƏMLİ
AzNews.az