Biləsuvar rayonunda dumanlı hava şəraiti avtomobillərin hərəkətində qismən problemlər yaradıb. Biləsuvar rayonunda dumanlı hava şəraiti avtomobillərin hərəkətində qismən problemlər yaradıb.

Dumanlı hava sürücülərin işini çətinə saldı

Biləsuvar rayonunda dumanlı hava şəraiti avtomobillərin hərəkətində qismən problemlər yaradıb.

AzNews.az Report-a istinadən xəbər verir ki, bu gün axşam saatlarından başlayaraq rayon ərazisində duman müşahidə olunur.

Nəticədə rayon ərazisində və eyni zamanda Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində avtomobillərin hərəkətində çətinlik yaranıb.

Həmçinin dumanlı hava rayonun bir neçə kənd yollarında da avtomobillərin hərəkətinə mane olur.

Sözügedən ərazilərdə bu dəqiqəyə hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmayıb.