Bu gün səhər saatlarında DYP avtomobili qəza törədib. Bu gün səhər saatlarında DYP avtomobili qəza törədib.

Bakıda yol polisi qəza törətdi

Bu gün səhər saatlarında DYP avtomobili qəza törədib.

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə saat 5:20 radələrində Zərifə Əliyeva küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində baş verib.

1987-ci il təvəllüdlü Samir Bənziyevin idarə etdiyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus “BMW” markalı 99 YP 453 nömrəli avtomobil işıqforda dayanan, 1989-cu il təvəllüdlü Rüstəm Allahverdiyevin idarə etdiyi “Opel” markalı 90 GT 630 nömrəli maşını arxadan vurub. Qəza nəticəsində ağır xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.