Ağdaş rayonunda 17 yaşlı gəncin qətlə yetirilməsinin bəzi detalları məlum olub. Ağdaş rayonunda 17 yaşlı gəncin qətlə yetirilməsinin bəzi detalları məlum olub.

Qətlə yetirilən 17 yaşlı tələbənin son sözü: “Görüşüm var, həll edib qayıdıram...”

Ağdaş rayonunda 17 yaşlı gəncin qətlə yetirilməsinin bəzi detalları məlum olub.

Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Namiq Mehdiyevin AzNews.az-a verdiyi məlumata görə, hadisənin baş vermə səbəbi araşdırılır:

“Nəsibov Ətraf ikinci kurs tələbəsidir. Dərs zamanı müəllimdən icazə istəyib. Deyib ki, “görüşüm var, onu həll edib qayıdıram”. Müəllim isə ona icazə verməyib. Tənəffüs olan kimi Ətraf korpusdan kənara çıxıb. Saat 11:30-da xəbər gəldi ki, Ətraf Nəsibov qətlə yetirilib. Hadisənin arxasında sevgi məsələsinin də olduğunu güman etmək olar”.

Rayon sakinlərinin verdiyi məlumatda isə bildirilir ki, Ətraf Nəsibov onu qətlə yetirən şəxsin bacısını sevirmiş. Həmin şəxs isə bu sevginin əlehinə olub. O, Ətrafa görüşmək və məsələyə son qoymaq üçün mesaj göndərib. Lakin söhbət münaqişəyə çevrilib. Həmin şəxs Ətrafı bıcaqlayaraq qətlə yetirib.

Qeyd edək ki, Ağdaş rayonunda qətl hadisəsi baş verib. Hadisə Ağdaş şəhəri, Bəkir Nəbiyev küçəsində qeydə alınıb. Şəhərin Əhməd Cavad küçəsində yaşayan, 2000-ci il təvəllüdlü Ətraf Nəsibov bıçaqlanaraq öldürülüb.

Bahar RÜSTƏMLİ
AzNews.az