- Köhnə - Hadisə
- 15 Dekabr 2017 09:04
- 3 064
"Hyundai" 15 yaşlı qızı vurdu
Bakıda ölümlə nəticələnən piyadavurma olub.
APA-nın xəbərinə görə, hadisə Bakı dairəvi yolunun Qanlı Göl yaşayış massivinin ərazisinə düşən hissəsində baş verib. Belə ki, 2002-ci il təvəllüdlü Qənbərova Sevinc İslam qızı sərnişin avtobusundan düşərək, sürət həddi 110 km/saat olan yolu keçmək istəyərkən onu Məcnunzadə Çingiz Gündüz oğlunun idarə etdiyi "Hyundai" markalı avtomobil vurub.
Qız xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Araşdırma aparılır.
AzNews.az