Tovuz rayonunda spirtli içkidən zəhərlənən şəxs ölüb. Tovuz rayonunda spirtli içkidən zəhərlənən şəxs ölüb.

Araqdan zəhərləndi - Öldü

Tovuz rayonunda spirtli içkidən zəhərlənən şəxs ölüb.

Trend-in məlumatına görə, dekabrın 14-də gecə saatlarında komatoz vəziyyətdə xəstəxanaya gətirilən 1965-ci il təvəllüdlü Cəfərov Xəqani Kavış oğlu dərhal süni nəfəs aparatına qoşulsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Həkimlərin səyinə baxmayaraq X.Cəfərov xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə dekabrın 14-də Tovuz rayonunun Cəlilli kəndində baş verib. Kənd sakini, 52 yaşlı X.Cəfərov evində spirtli içkidən zəhərlənərək komaya düşüb. O, komatoz vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilmişdi.

AzNews.az