Haker hücumunun məqsədi ANN.Az saytının serverini təhlükəli viruslar vasitəsi ilə dağıtmaq olub Haker hücumunun məqsədi ANN.Az saytının serverini təhlükəli viruslar vasitəsi ilə dağıtmaq olub

Erməni hakerlər ANN.az-ı da dağıtdılar

Haker hücumunun məqsədi ANN.Az saytının serverini təhlükəli viruslar vasitəsi ilə dağıtmaq olub




Xocalı soyqırımının 21-ci ildönümü günü – fevralın 26-da ANN.az xəbər portalına haker hücumu olub. Saytın rəhbərliyindən AzNews.az-a verilən məlumata görə, axşam saatlarından başlayan hücum fevralın 27-də də davam edib. İlkin analizlər göstərir ki, hücumları erməni hakerlər edib və Xocalı soyqırımının ildönümündə azərbaycanlı hakerlərin erməni saytlarına hücumuna cavab xarakteri daşıyıb.

Haker hücumunun məqsədi ANN.Az saytının serverini təhlükəli viruslar vasitəsi ilə dağıtmaq olub. Saytın proqram təminatı və server təhlükəsizliyi ilə məşğul olan olan mütəxəssislərinin bildirdiyinə görə, artıq hücumun qarşısı tam şəkildə alınıb. Saytın serverinə və arxivinə ciddi xətər toxunmayıb. Hazırda sayt iş rejimini tamamilə bərpa edib.

AzNews.az