- Köhnə - Hadisə
- 16 Dekabr 2017 10:16
- 1 987
Sərhəddə pirotexniki vasitələr aşkar olundu
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sadıxlı" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, baxış zamanı, həmin nəqliyyat vasitəsinin yanacaq çənində, xüsusi düzəldilmiş yerdə 865 ədəd yanıcı maddə olan torpil, 8 ədəd fişəng və 100 qutu pirotexniki vasitə aşkar olunub.