- Köhnə - Hadisə
- 16 Dekabr 2017 10:30
- 2 008
Bakıda 4 otaqlı ev yanıb
Bakıda 4 otaqlı evdə yanğın olub.
AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Xəzər rayonunda ümumi sahəsi 80 m2 olan kürsülü, birmərtəbəli 4 otaqlı evin bir otağının yanar konstruksiyaları 15 m2 sahədə və digər otağın tavanı 10 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.