Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Qadın sürücü qəzada öldü 7 yaşlı qızı xəsarət alıb

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, dekabrın 15-də saat 13 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini Natəvan Babayeva idarə etdiyi “BMW” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə sürücü hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş sərnişini - 7 yaşlı qızı Aysunun vəziyyəti qənaətbəxşdir.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.