- Köhnə - Hadisə
- 28 Fevral 2013 15:32
- 1 661
Daha 2 nəfər quş qripinin qurbanı oldu
Gürcüstanda son 1 sutka ərzində H1N1 virusuna yoluxmuş 2 nəfər ölüb
APA-nın "Qruziya Online" saytına istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın İctimai Sağlamlıq və Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzi açıqlayıb. Bununla da Gürcüstanda ilin əvvəlindən bəri "quş qripi"ndən ölənlərin sayı 15-ə çatıb. Ümumilikdə ölkədə A/H1N1 virusuna 236, B/H1N1 virusuna isə 16 yoluxma halı qeydə alınıb. Bunlar əsasən 4 yaşına qədər olan uşaqlardır.
İctimai Sağlamlıq və Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbəri Paata İmnadze "quş qripi"nin kütləvi şəkildə yayılması təhlükəsinin olmadığını bildirib.
AzNews.az