21:27
(077) 610-22-33

Generalın pul "razborkası" - Yeniləndi

  • >
195 1 Mart 2013 09:37 | Hadisə

Penitensiar Xidmətinin rəis müavini Hüseyn Əlixanov işlətdiyi ustaların pulunu vermir

Bir qrup usta Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Baş İdarəsinin rəis müavin Hüseyn Əlixanovdan əmək haqqını ala bilmədiklərini iddia edir. Bu barədə Az.News.az saytına həmin ustalardan biri - Rəşad Heydərov məlumat verib.

Onun sözlərinə görə, general Hüseyn Əlixanovun obyektində 2 aya yaxın işləyib. Ötən ilin noyabr və dekabr aylarında həyata keçirdikləri təmir işlərinin qarşılığında hər birinin generaldan 3365 manat alacağı var. Ustanın sözlərinə görə, general nəinki onların pulunu vermir, hətta onları oğurluqda da ittiham edir:

"Guya biz kafelləri oğurlamışıq. Başa düşmürəm, o kafellər nəyimizə lazımdır? Mən kirayədə yaşayıram. Öz evim də deyil ki, harasa yapışdırım. Təzə kafellər olmadığı üçün sata da bilmərəm. Axtarışda olduğumu deməkdə məqsədləri gözümü qorxutmaqdır. Bu yolla haqqımdan imtina etməyimə nail olacaqlarını düşünürlər".

Ustanın dediyinə görə, sifarişi həmişə H.Əlixanovdan alıblar. Odur ki, sonradan sürücü Pərviz Hüseynovun ortaya çıxıb obyektin sahibi olduğunu iddia etməsi inandırıcı görünmür: "Əvvəllər özü bizimlə əlaqə saxlayırdı. İstifadə olunacaq materiallara görə həmişə pulu onun özündən almışıq. Amma indi qarşımıza sürücüsü çıxır. Obyektin onun olduğunu iddia edir. Ancaq biz əminik ki, obyekt Əlixanovundur".

Qarşı tərəf - generalın sürücüsü Pərviz Hüseynov isə obyektdə görülən işin qarşılığı olan pulu qəpiyinə qədər ödədiyini deyir. Belə ki, bu ilin yanvarın 10-a qədər ustalarla olan bütün hesablarını bağlayıb: "3800 manat zəhmət haqqı danışmışdıq, hamısını verdim. Həmin pulu alandan sonra 1212 manat da əlavə xərcləri cıxdığını söylədilər. Onu da ödədim".
Elədirsə, ustalar nə istəyir?"

P.Hüseynov oğurluqda suçladığı ustaları bu dəfə də dələduzluq maddəsi ilə hədələməkdən də çəkinməyib: "Dələduzluq maddəsi ilə tutub basarıq, içəri. Başqa nə problem var ki?"

***

13:02

Penitensiar Xidmətinin rəis müavini Hüseyn Əlixanovun işlətdiyi ustaların pulunu verməməsi ilə bağlı işçilərin iddialarına cavab verib.

Barəsində deyilənlərlə razılaşmayan ədliyyə məmuru obyektdə görülən işin qarşılığı olan məbləğin tam olaraq ödənildiyini deyib. O, AzNews.az-a verdiyi açıqlamada həmin ustaların nəinki onun obyektindən, həmçinin qonşulardan da oğurluq etdiyini və bu səbəbdən axtarışda olduqlarını vurğulayıb.


Ruhiyyə
AzNews.az
Bağla X