23:33
(077) 610-22-33

Sevinc Babayevanın ölümünü araşdıran İstintaq qrupunun üzvü Türkiyədə

  • >
291 1 Mart 2013 11:05 | Hadisə

Eldar Sultanov: “Səlcuk Ağlayanın həbsi barədə Azərbaycan prokurorluğuna hər hansı məlumat daxil olmayıb”




"Bakı Şəhər Prokurorluğunda istintaq edilən cinayət işi üzrə istintaq qrupunun üzvü qısa müddətə Türkiyəyə ezam olunub". Bunu APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

Ezamiyyətin məqsədi Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Sevinc Babayevanın Türkiyədə vəfat etməsi ilə əlaqədar həyata keçirilən bəzi istintaq hərəkətlərinin aparılmasında iştirak etməkdir.

Türkiyə vətəndaşı Səlcuk Ağlayanın həbsi ilə bağlı suala cavabında isə E. Sultanov bu barədə Azərbaycan prokurorluğuna hər hansı bir məlumat daxil olmadığını bildirib.

AzNews.az
Bağla X