Rusiya səfirliyi qarşısında aksiya keçiriləcək

Vətəndaş və İnkişaf Partiyası (VİP) son dövrlərdə Rusiyanın Azərbaycana qarşı müəyyən yolverilməz davranışlarından, bu ölkənin müxtəlif yüksək vəzifəli rəsmi şəxslərinin ölkəmiz əleyhinə təhdidedci çıxışlarından narazıdır. Eyni zamanda Azərbaycanda etnik və digər zəmində qarşıdurma yaratmaq niyyətindən son dərəcə narahatdır.

VİP-dən AzNews.az-a daxil olan məlumata görə, prezident Vladimir Putinin şəxsində Rusiya hakim çevrələrinin SSRİ-ni fərqli formada bərpa etmək təşəbbüslərini israrla davam etmələri və bu planın həyata keçirilməsi üçün Azərbaycana təzyiqləri gücləndirməsi partiyanın mövcud narahatlığı daha da artırır. Qeyd olunanları nəzərə alan VİP Azərbaycan Respublikasının Konstitusiyasını əsas götürərək, 11 mart 2013-cü il saat 12-00-dan 13-00-a qədər Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında "Rusiya, Azərbaycandan əlini çək!", "Bu bayraq bir daha enməz!", "Müstəqillik – HƏ, müstəmləkə - YOX", "Евразийский Союз = СССР" şüarları ilə etiraz piketinin keçirilməsi haqqında qərar qəbul edib. Nəzərdə tutulan aksiyanın keçirilməsi ilə bağlı müvafiq xəbərdarlıq məktubu 01 mart 2013-cü il tarixində Bakı Şəhər İcra Hakimiyyətinə təqdim olunub.

İlkin
AzNews.az