15:08
(077) 610-22-33

İmişli rayonunda sahibkarlara olan borc qaytarılıb

  • >
364 1 Mart 2013 17:55 | Hadisə

İmişli rayonunda sahibkarlarla bağlı yaranmış anlaşılmazlıq həllini tapıb.

Rayon İcra Hakimiyyətindən APA-ya verilən xəbərə görə, sahibkarlara olan 586 min manat borc ödənilib. Belə ki, İmişli rayonunda abadlıqla bağlı apardığı tikinti işlərinin dəyərinə görə iş adamı Müqayis Verdiyevə 400 min manat, iş adamları Samir Xəlilov və Yaqub Babazadəyə birlikdə 136 min manat, iş adamı Maşallah Əhmədova isə 50 min manat borc ödənilib. Borcun ödənməsi barədə akt tərtib olunub, iş adamları da hazırda borcun ödəndiyinə dair izahat yazaraq heç bir şikayət və tələblərinin olmadığını bildiriblər.

Xatırladaq ki, yanvar ayında İmişli rayonunda sahibkarlarla bağlı yaranmış anlaşılmazlıq mətbuatın diqqət mərkəzində olub.

AzNews.az
Bağla X