Hərbi liseydə kursant ölüb

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə ölüm faktı baş verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün gecə saat 03.05 dəqiqədə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantı Əmikişiyev Raqil Arazxan oğlu qəflətən vəfat edib. Ölümün hansı səbəbdən baş verdiyi ilə əlaqədar prokurorluq orqanları araşdırma aparır. Müdafiə Nazirliyi kursantın ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.