Azərbaycanda hərbi hissələrdə maliyyə pozuntuları aşkarlanıb, bir neçə hərbçi həbs olunub Azərbaycanda hərbi hissələrdə maliyyə pozuntuları aşkarlanıb, bir neçə hərbçi həbs olunub

Orduda həbslər başladı

Azərbaycanda hərbi hissələrdə maliyyə pozuntuları aşkarlanıb, bir neçə hərbçi həbs olunub



Azərbaycanda bir neçə hərbçi həbs edilib. Bu barədə APA-nın sorğusuna cavabında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev bildirib. Onun sözlərinə görə, Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq Bərdə Hərbi birləşməsində hərbi hissələrin Maliyyə Xidmətlərində birgə yoxlamalar apararkən bəzi hərbi hissələrin Maliyyə Xidmətlərində ciddi pozuntular aşkara çıxarıb:

"Fakt üzrə prokurorluq tərəfindən cinayət işi başlanıb və bəzi hərbi hissələrin maliyyə xidmətləri rəisləri barəsində həbs qətimkan tədbiri seçilib".

AzNews.az