8 illik məşəqqətdən qaçmağa nail olan Nataşa Kampuçun həyatından bəhs edən film çəkildi 8 illik məşəqqətdən qaçmağa nail olan Nataşa Kampuçun həyatından bəhs edən film çəkildi

10 yaşında qaçırılıb seks köləsi oldu - HƏYAT HEKAYƏSİ

8 illik məşəqqətdən qaçmağa nail olan Nataşa Kampuçun həyatından bəhs edən film çəkildi


Avstryanın paytaxtı Vyanada 10 yaşında ikən küçədən qaçırılaraq seks köləsinə çevrilmiş Nataşa Kampuçun həyatı film olub. Məktəbə getdiyi zaman qaçırıldıqdan sonra 8 il ərzində Wolfqanq Priklopil adlı bir dəli tərəfindən bağlı yerdə saxlanılan qız seks köləsi kimi istifadə edilib. Yalnız 2006-cı ildə buradan qaçmağa müvəffəq olan Nataşanın həyatı isə sonradan bir neçə kitabın mövzusu olub.

Nataşanın özünün qaçırılması və seks köləliliyinə məcbur edilməsi barədə yazdığı kitab isə filmə çəkilib. "3096 gün" adlı kitab əsasında eyni adlı film çəkilib. Qeyd edək ki, Nataşa qaçdıqdan sonra onu 8 il boyunca əsir saxlayan Wolfqanq Priklopil intihar edib.

Filmdə Wolfqanq Priklopili canladıran oyuncunu isə rola razı salmaq asan olmayıb. Aktyor rolu canlandırdıqdan sonra cəmiyyətin ona münasibətinin dəyişəcəyini düşünüb, amma buna baxmayaraq sonda filmdə oynamağa razılaşıb.

Elnur
AzNews.az