Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib. Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sərxoş kişi həmkəndlisini bıçaqladı

Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Kükəl kənd sakini, 1963-ü il təvəllüdlü Hümbətov Mürşüd Nazim oğlu şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı həmkəndlisi, 1989-cu il təvəllüdlü Paşayev Vasif Rafael oğlunu bıçaqlayıb.

Sol qoltuqaltı nahiyədən bıçaq xəsarəti alan Vasif Paşayev təcili yardım stansiyasının avtomobili ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hazırda reanimasiya şöbəsində olan yaralının vəziyyəti ağır olaraq qalır.

Mürşüd Hümbətov hadisəni törədən zaman sərxoş olub və polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az