Uçan körpüdə alternativ yol niyə salınmayıb?-Rəsmi


Bu gecə Ələt-Astara magistral yolunun Cəlilabad rayonundan keçən hissəsində Mişarçay adlanan çayın üzərindəki körpünün uçması nəticəsində ərazidə yük maşınları hərəkəti məhdudlaşdırılıb. Minik maşınları üçün alternativ yol salınsa da, yük maşınları üçün yolun çəkilməsi bir neçə gün sonra mümkün olacaq. Bu barədə məlumatı AzNews.az-a "Azəryolservis"ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev verib: "Körpü sovet dönəmində tikilib. Çox yüklənmiş maşınların hərəkəti nəticəsində də bu vəziyyətə düşüb".

Qurum rəsmisi körpünün sökülməsi və ya təmiri ilə bağlı məsələnin mütəxəssislərin qərarından asılı olacağını vurğulayıb: "Mütəxəssislər bu gün qayıdacaqlar və bundan sonra körpünün sonrakı taleyi müəyyən ediləcək".

Elnarə Əlosmanqızı
AzNews.az