Xızı rayonunda törədilmiş qətl hadisəsinin təfərrüatı məlum olub. Xızı rayonunda törədilmiş qətl hadisəsinin təfərrüatı məlum olub.

Avtomobil qəzası qanlı davaya çevirildi - Ölən var + Yenilənib

Xızı rayonunda törədilmiş qətl hadisəsinin təfərrüatı məlum olub.

Lent.az xəbər verir ki, Giləzi qəsəbə sakini, həmyerlisi tərəfindən öldürülən 1980-ci il təvəllüdlü Cəfərov Vaqif Süleyman oğlu iş adamı olub və mağaza sahibi imiş. Onu bıçaqlayraq öldürən 41 yaşlı Qabil Məmmədov isə yük maşını sürücüsü kimi tanınıb.

Bildirilir ki, Vaqif Cəfərovun qan içində olan meyiti özünə məxsus olan “Chevrolet Niva” markalı avtomobildə tapılıb. Məlum olub ki, onun və həmyerlisi Məmmədov Qabil Abil oğlunun idarə etdiyi maşınlar toqquşub. Bu zaman Q.Məmmədov bıçaqla 38 yaşlı Vaqifə hücum edib. Bıçaqla onun sinə nahiyəsinə ağır xəsarət yetirən Qabil bir neçə dəqiqə gözləyəndən sonra hadisə yerindən qaçıb. Əraziyə gələn polislər onu tanıdıqlarını və tutacaqlarını desələr də, o, hadisə yerindən qaçıb.

Bildirilir ki, qətlə yetirilən şəxsin 3, hadisəni törədən şəxsin isə 4 övladı var.

Faktla bağlı Xızı rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırmalar davam etdirilir.

AzNews.az

***

10:06

Bu gün səhər saatlarında Xızı rayonunda qətl hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xızının Giləzi qəsəbə sakinləri - 1980-ci il təvəllüdlü Cəfərov Vaqif Süleyman oğlunun idarə etdiyi “Chevrolet Niva” markalı avtomobillə 1977-ci il təvəllüdlü Məmmədov Qabil Abil oğlunun idarə etdiyi “VAZ 21 06” markalı maşın toqquşub. Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb. Nəticədə Q. Məmmədov V. Cəfərovu sinəsindən bıçaqlayaraq öldürüb.

Hadisədən sonra Q. Məmmədov qaçıb.

Faktla bağlı Xızı rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırmalar davam etdirilir.

AzNews.az