06:09
(077) 610-22-33

“BP”nin işçisi yol polisini döydü

  • >
182 4 Mart 2013 11:35 | Hadisə

Bakının Səbail rayonu ərazisində yol polisi arzuolunmaz sürücü ilə rastlaşıb. Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, 49 yaşlı Dövlət Yol Polisi inspektoru Rafiq Həsənov əcnəbi sürücü tərəfindən vəhşicəsinə döyülüb.

O, martın 3-ü, saat 2 radələrində Azadlıq prospektində "BP" şirkətinə məxsus H017 362 qeydiyyat nişanlı "Porsche Cayenne" markalı avtomobili saxlayıb. Avtomobilin sürücüsü 33 yaşlı Avstraliya vətəndaşı olan Vilyam Slohomis sərxoş olub. Polis əməkdaşı onu sərxoşluq yoxlamasından keçmək üçün həkimə aparmaq istəsə də, buna nail olmayıb, əksinə, sürücü önü möhkəm döyüb.

Polis bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma apaırılır.

AzNews.az
Bağla X