00:16
(077) 610-22-33

DİN Bakıdakı atışma ilə bağlı rəsmi açıqlama yaydı

  • >
156 4 Mart 2013 13:38 | Hadisə

Daxili İşlər Nazirliyi Bakının Türkan qəsəbəsində baş verən atışma ilə bağlə rəsmi açıqlama yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, martın 2-də saat 15.30 radələrində Xəzər rayonu Türkan qəsəbəsinin ərazisində Bakı şəhər sakinləri Cabbar İbrahimov, Xəlifəli Rəhimov, Mirxalid Rəhimov və qəsəbə sakinləri Elman Zeynalov, onun qardaşları Taleh və Bəhruz arasında baş vermiş münaqişə zamanı C.İbrahimov ov tüfəngindən atəş açaraq E.Zeynalovu və Talehi qətlə yetirmiş, Bəhruzu isə yaralanıb.

Bəhruz xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri birgə tədbirlərlə C.İbrahimov, X.Rəhimov və M.Rəhimov tutulub, hadisə yerindən "İJ" markalı ov tüfəngi və 6 ədəd boş ptron gilizi və 2 ədəd patron götürülübdür. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.

AzNews.az
Bağla X