Fikrət Məmmədov ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşdü

Ədliyyə naziri Fikrət Məmmədov ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayla görüşüb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, F. Məmmədov məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, müasir məhkəmə binalarının inşası, hakimlərin sayının artırılması, ədliyyə və penitensiar sistemin inkişafı, məhkumlara göstərilən tibbi xidmətin yaxşılaşdırılması və səmərəli ictimai nəzarətin tətbiqindən danışıb, ATƏT-lə səmərəli qarşılıqlı fəaliyyəti qeyd edib.

K. Tarqay isə Azərbaycanın ədliyyə və məhkəmə sahəsindəki nailiyyətlərinin beynəlxalq aləmdə geniş təbliğ olunmasının əhəmiyyətini bildirib, Ədliyyə Nazirliyi ilə səmərəli və işgüzar münasibətlərdən məmnunluğunu ifadə edərək, qarşılıqlı fəaliyyətə dair konkret təkliflər irəli sürüb.

AzNews.az