Bakının Suraxanı rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bakının Suraxanı rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bakıda zəncirvari qəza - yaralanan var

Bakının Suraxanı rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, qəza Hövsan qəsəbəsində baş verib.

İlkin məlumata görə, iki yük və bir minik maşını toqquşub. Xəsarət alan şəxslər aşağı ətraflarının sınığı xəsarətləri ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər.

Suraxanı Polisi hadisəylə əlaqədar araşdırma aparır.