Rus zabit ailələrinin Qəbələ RLS-i tərk etməsi yekunlaşır

Qəbələ radiolokasiya stansiyasının (RLS) hərbi şəhərciyində yaşayan rus zabitlərin ailələrinin Azərbaycandan çıxarılması prosesi tamamlanmaq üzrədir.

APA-nın məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin şəhərcikdə yaşayan zabit və gizir heyətinin ailələrinin böyük hissəsi artıq Rusiyaya yola salınıb. Hazırda hərbi şəhərcikdə 100-ə yaxın zabit ailəsi qalıb.

Şəhərcikdəki məktəb istisna olmaqla, uşaq bağçası və bir sıra digər sosial infrastrukturlar da fəaliyyətini dayandırıb.

Qeyd edək ki, Azərbaycan tərəfinin icarə haqqını artırması ilə əlaqədar olaraq Rusiya tərəfi ötən ilin dekabr ayından Qəbələ RLS-də fəaliyyətini dayandırıb. Hazırda stansiyanın inventarının siyahıya alınması və təhvil-təslimlə bağlı komissiyalar tərəfindən işlər aparılır.

AzNews.az