Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib. Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

40 yaşlı kişi bıçaqlandı

Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Qaraçala kənd sakini, 1978-ci il təvəllüdlü Tarverdiyev Seymur Fəxrəddin oğlu həmkəndlisi tərəfindən bıçaqlanıb. Dörd bıçaq zərbəsi alan S. Tarverdiyev Şirvan şəhər xəstəxanasına yerləşdirilib və üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Hadisənin törədən şəxsin kimliyi dəqiqləşdirilir. Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az