"İlkin araşdırma zamanı İlhamə Quliyevanın müraciətdə qeyd etdiyi məsələnin polisin funksiyasına və fəaliyyət sferasına aid olmadığı müəyyən edilib” "İlkin araşdırma zamanı İlhamə Quliyevanın müraciətdə qeyd etdiyi məsələnin polisin funksiyasına və fəaliyyət sferasına aid olmadığı müəyyən edilib”

DİN Nazpəri Dostəliyevanın BMCM-ə çağırılmasına münasibət bildirdi

"İlkin araşdırma zamanı İlhamə Quliyevanın müraciətdə qeyd etdiyi məsələnin polisin funksiyasına və fəaliyyət sferasına aid olmadığı müəyyən edilib”



Son günlərdə Azərbaycanın bir neçə tanınmış incəsənət xadimi arasında baş vermiş narazılıqlar mətbuatda geniş müzakirələrə səbəb olub. Xalq artisti İlhamə Quliyeva digər xalq artisti Nazpəri Dostəliyeva ilə bağlı Daxili İşlər Nazirliyinə şikayət edib və həmkarı ilə arasında yaranmış məsələyə aydınlıq gətirilməsini xahiş edib. Məsələ ilə bağlı APA-nın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, həqiqətən xalq artisti İlhamə Quliyevanın DİN-ə müraciəti olub:

"Həmin müraciətdə təhdid xarakterli məqamlar olduğuna görə, müraciətin araşdırılması nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə tapşırılıb. İlkin araşdırma zamanı müraciətdə qeyd olunmuş məsələnin polisin funksiyasına və fəaliyyət sferasına aid olmadığı müəyyən edilib. Hər iki şəxs sevilən sənətçi və tanınmış incəsənət xadimi olduğuna görə onlara barışıq təklif olunub. Məsələnin mülki xarakterli olması nəzərə alınmaqla xalq artisti İlhamə Quliyevaya bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunub".

Qeyd edək ki, keçən həftə xalq artisti Nazpəri Dostəliyeva İlhamə Quliyevanın ondan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etdiyini deyib və bununla bağlı mətbuata məktub ünvanlayıb. Bu gün isə xalq artisti Məleykə Əsədovanın İlhamə Quliyevanın müraciəti əsasında polisə çağırılması ilə bağlı məlumatlar yayılıb.

AzNews.az