15:08
(077) 610-22-33

Qubada güclü külək evin damını apardı

  • >
468 4 Mart 2013 18:07 | Hadisə

Ötən gün Qubada güclü külək əsib. Rayonun Vladimirovka kəndində yaşayan bir neçə ailənin yaşadığı binanın dam örtüyünü külək aparıb. Külək o qədər güclü olub ki, dəmir damı yerindən qoparıb.

Qeyd edək ki, qaçqın ailələrin yaşadığı köhnə məktəb binasına ciddi ziyan dəyib.

Kənd sakini Gülfər Muradova bildirib ki, 1989-cu ildən 3 ailənin yaşadığı məktəb binası köhnə, külək isə çox güclü olduğundan evin damının bir hissəsini uçurub.

Şərqiyə Səmədova isə otsab edir ki, külək davamli olsaydı, binanın hamısını aparacaqdı.

Kəndin icra nümayəndəsi İslam Abayevin AzNews.az-a dediyinə görə uçan bina ən qədim binalardan biridir: "Küləyin belə bərk əsməsi sözün əsl mənasında çox təhlükəliydi. Sabah küləkdən ziyan çəkən ailələrə şifer və lazımı avadanlıqlar veriləcək ki, dam örtüklərini yenidən bərpa edə bilsinlər".

Ruhiyyə
AzNews.az


Bağla X