00:18
(077) 610-22-33

Şəmkirdə bələdiyyə sədri rüşvət alarkən tutulub

  • >
187 5 Mart 2013 13:59 | Hadisə

Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şəmkir rayon sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə rayonun Təzəkənd bələdiyyəsinin sədri Məhəmməd Məmmədovun qanunsuz hərəkələri barədə müraciəti araşdırılıb.

Müəyyən edilib ki, bələdiyyə sədri M.Məmmədov xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyd olunan kəndin ərazisində həyətyanı torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinə aid sənədlərin verilməsi üçün ona müraciət etmiş kənd sakinindən 1.200 manat məbləğində rüşvət tələb edib.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində fevralın 25-də M.Məmmədov xidməti otağında rayon sakinindən qeyd edilən pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Baxış zamanı M. Məmmədovun üzərindən rüşvət kimi aldığı 1.200 manat pul, xidməti otağından şikayətçinin, habelə digər altı vətəndaşın ötən illərə aid ərizələri aşkar edilərək hal şahidlərinin iştirakı ilə götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və M.Məmmədov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda qeyd edilən cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AzNews.az
Bağla X