Məhkəmə Tofiq Yaqublunu ev dustaqlığına buraxmaqdan imtina etdi

Nəsimi Rayon Məhkəməsi Müsavat başqanının müavini, "Yeni Müsavat" qəzetinin əməkdaşı Tofiq Yaqublu barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatəti təmin etməyib.

Vəsatətə martın 5-də baxılıb. Vəkil Akif Əlizadə "Media forum" saytına bildirib ki, prosesdə Tofiq Yaqublunun özü də iştirak edib.

Akif Əlizadə məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət edəcəklərini deyib.

İsmayıllı hadisələrində günahlandırılan Tofiq Yaqublu Bakı İstintaq Təcridxanasında saxlanır. Fevralın 4-də Nəsimi Rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. O, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərdə fəal iştirak etmə və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmədə ittiham olunur.

AzNews.az