- Köhnə - Hadisə
- 5 Mart 2013 14:38
- 1 753
Moskvada azərbaycanlı polkovnik qətlə yetirilib
Killer yerli vaxtla saat 12:40-da "Zakarpatskiye uzorı" restoranına daxil olaraq orada nahar edən Rusiya Silahlı Qüvvələrinin zabiti A. Mahmudovun alın nahiyəsinə atəş açıb. 45 yaşlı polkovnik yerindəcə keçinib.
Atəş açan şəxsin xarici görünüşünə görə qafqazlıya oxşayan bir kişi olduğu bildirilir. Qatil hadisə yerindən qaça bilib. Hadisənin motivləri barədə hələlik məlumat yoxdur. Faktla bağlı təhqiqat aparılır.
A. Mahmudov paytaxtdakı hərbi hissələrdən birinin komandir müavini olub.
AzNews.az