21:48
(077) 610-22-33

“Texnikabank”ın məhkəməsi martın 14-də başlayacaq

  • >
122 5 Mart 2013 15:18 | Hadisə

"Texnikabank"ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev, Yasamal filialının həbsdə olan sabiq müdiri Azər Cəfərli, filialın sabiq müdir müavini Elnur Seyidov və digərlərinin cinayət işi üzrə ittiham aktı baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

APA-nın məlumatına görə, cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib. Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası isə martın 14-nə təyin edilib.

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə ittiham olunurlar.

Onu da qeyd edək ki, E. Əliyev bir müddət əvvəl xəstəliyi ilə əlaqədar həbsdən buraxılıb. Onun barəsində başqa yerə getməmə haqqında qətimkan tədbiri seçilib.

Təqsirləndirilənlərdən E. Seyidov isə AXCP sədri Əli Kərimlinin qaynıdır.

AzNews.az
Bağla X