Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssisəsində ölüm faktı qeydə alınıb Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssisəsində ölüm faktı qeydə alınıb

Ömürlük məhbus dünyasını dəyişdi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssisəsində ölüm faktı qeydə alınıb




Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə), 120.2.5 və 120.2.10-cu maddələri ilə ömürlük azadlıqdan məhrum edilmiş 1959-cu il təvəllüdlü İsa Bəylər oğlu Əliyev müəssisədə dünyasını dəyişib. İlkin ehtimala görə, 54 yaşlı məhbus xərçəng xəstəliyindən vəfat edib. Faktla əlaqədar müvafiq ekspertizalar təyin edilib.

İ. Əliyev cəzasını Qobustan həbsxanasında çəkirmiş və bir neçə gün əvvəl müalicə müəssisəsinə köçürülüb.


AzNews.az