Tikintidəki uçqunda iki fəhlə torpağın altında qaldı Tikintidəki uçqunda iki fəhlə torpağın altında qaldı

Göycayda bədbəxt hadisə- uçqun altında qalanlar var - Foto-Yenilənib

Tikintidəki uçqunda iki fəhlə torpağın altında qaldı


Göyçay şəhərində tikintidə baş vermiş torpaq uçqununun altında qalmış ikinci şəxs də xilas edilib.

APA-nın məlumatına görə, 1992-ci il təvəllüdlü Tovuz rayon sakini Əliyev Nemət uçqunun altından yaralı vəziyyətdə çıxarılıb. N.Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

***
21:34
Göyçay şəhərində aparılan tikintidə bədbəxt hadisə baş verib. APA-nın məlumatına görə, hadisə şəhərin Natəvan küçəsində qeydə alınıb. Həmin ünvanda Türkiyənin "Atinak" şirkəti tərəfindən kanalizasiya xətlərinin dəyişdirilməsi üçün qazılan quyunun yan divarlarının uçması nəticəsində həmin tikinti firmasında fəhlə işləyən Nemət və Xaləddin adlı Azərbaycan vətəndaşları torpaq uçqununun altında qalıblar. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerində xilasetmə işləri aparır.
Hadisə nəticəsində Bakı-Şamaxı-Yevlax magistral yolu bağlanıb.

Uçqunun altından 1973-cü il təvəllüdlü Ağdaş rayon sakini Əhmədov Xaləddin çıxarılıb. X.Əhmədov 2 saat torpağın altında qalmasına baxmayaraq sağ-salamatdır. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Torpağın altında qalmış ikinci şəxsin 1992-ci il təvəllüdlü Tovuz rayon sakini Əliyev Nemətin xilas edilməsi istiqamətində tədbirlər davam etdirilir.

AzNews.az