00:18
(077) 610-22-33

Akif Nağı prezidentə niyə müraciət etdi?

  • >
351 7 Mart 2013 09:07 | Hadisə

Modern.az-ın məlumatına görə, QAT sədri Akif Nağı Qarabağ partizanlarindan ömürlük həbs cəzası almış və 10 ildir ki, həbsdə olan Məmməd Məmmədovun işi ilə bağlı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, Bakı Apellyasiya məhkəməsinin sədri İman Nağıyevə müraciət göndərilib.

Müraciətlərdə göstərilir ki, Qarabağda işğalçı Ermənistan ordusuna qarşı vuruşmaq istəyən bir gənc, Məmmədov Məmməd Əli oğlu 10 il əvvəl bir neçə dostu ilə dəstə yaradıb Qarabağa getmək, düşmənlərə qarşı partizan müharibəsinə başlamaq istəyib. 2003-cü ildə onlar silahlı dəstə yaratdıqlarına görə hüquq-mühafizə orqanları tərəfindən həbs olundular. Cəmiyyətdə "Qarabağ partizanları" adı ilə tanınan bu dəstənin üzvləri müxtəlif müddətə azadlıqdan məhrum ediliblər, o cümlədən Məmməd Məmədov ən ağır cəzaya, ömürlük həbs cəzasına məhkum edilib. Məmməd Məmmdovdan başqa digər gənclər atıq cəzalarını çəkib azadlığa çıxıblar.

Müraciətdə deyilir:

" Bu gənclər yalnız vətənpərvərlik hissi, düşmənə nifrət hissi ilə bu dəstəni yaratmışdılar. Gənc olduqlarına görə məsələnin qanundankənar tərəflərini bilməmiş səhvə yol vermişlər. Məmməd Məmmədovun hadisəni törədən vaxtı cəmi 20 yaşı olub, indi isə 10 ildir ki, həbsdədir. Onun atası vəfat edib, anası xəstəlikdən əziyyət çəkir, ailədə ondan başqa oğlan uşağı yoxdu. Məmməd Məmmədovun işi ilə bağlı İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət olunub, Avropa Məhkəməsindən işə yenidən baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə tövsiyə göndərilib, Azərbaycan Respublikası Ali məhkəməsi həmin tövsiyə əsasında 2013-cü il martın 1-də yenidən baxılması üçün işi Apellyasiya Məhkəməsinə göndərib. Cinayət işinin yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərilməsi bizdə ümid yaradıb. Məmməd Məmmədov vətənpərvər gəncdir, Qarabağ Azadlıq Təşkilatının üzvü kimi həbsdən əvvəl səmərəli fəaliyyət göstərib, torpaqlarımızın azadlığı işində fəal olmağa çalışıb. Bu gənc Azərbaycan üçün azadlıqda daha çox səmərə verər, işğalçılara qarşı başlayacaq müharibədə iştirak edə bilər. Xahiş edirik ki, Məmməd Məmmədovun cavanlığını, ailə vəziyyətini, cəzasının artıq 10 ilini çəkdiyini nəzərə alaraq onun taleyinə müdaxilə edəsiniz, azadlığa çıxmasına yardımçı olasınız".

AzNews.az
Bağla X