Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bir ailənin 3 üzvü qəzada yaralandı

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Aran qəsəbəsində qeydə alınıb.

Belə ki, Goranboy rayon sakini, 1970-ci il təvəllüdlü Valeh Qərib oğlu Əliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub. Nəticədə "VAZ-2106" markalı avtomobilin sürücüsü və onun sərnişinləri - arvadı, 1968-ci il təvəllüdlü Hicran Əvəz qızı Əliyeva, bacısı, 1958-ci il təvəllüdlü Xanımzər Qərib qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Vəziyyətlərinin orta-ağır olduğu bildirilib. "Mercedes" markalı avtomobildə xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az