Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən əlillər pansionatında döyülmə faktı qeydə alınıb. Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən əlillər pansionatında döyülmə faktı qeydə alınıb.

Əlillər pansionatında əlili döydülər

Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən əlillər pansionatında döyülmə faktı qeydə alınıb.

“Ölkə.Az”ın məlumatına görə, Əlillər pansionatında müalicə alan Möhübbət Məsləhət oğlu Məlikov tanımadığı şəxs tərəfindən döyülüb.

Zərərçəkən DİN-nin 102 zəng mərkəzinə müraciət edib. Baş vermiş hadisə ilə bağlı dərhal Xəzər rayon Polis İdarəsi 1-ci Polis bölməsinin əməkdaşları pansionata gəlib və ilkin araşdırmalara başlayıblar. Hələlik əlili döyən naməlum şəxs müəyyən edilməyib.

M.Məlikov xəsarət dərəcələrinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertiza şöbəsinə göndərilib.

AzNews.az