Əfqanıstanın mərkəzində yerləşən Vərdək vilayətinin Maydan mahalında 10 məhbus həbsxanadan qaçıb. Əfqanıstanın mərkəzində yerləşən Vərdək vilayətinin Maydan mahalında 10 məhbus həbsxanadan qaçıb.

Həbsxanadan 2 terrorçu və 8 narkotik qaçaqmalçısı qaçdı - Xüsusi komissiya onları axtarır

Əfqanıstanın mərkəzində yerləşən Vərdək vilayətinin Maydan mahalında 10 məhbus həbsxanadan qaçıb.

AzNews.az xəbər verir ki, bu barədə 1TV telekanalı şənbə günü bölgə rəhbərliyinə istinadən məlumat verib.

Həbsxanadan qaçanlar radikal Taliban hərəkatının (Rusiyada qadağan edilən) iki terrorçusu və səkkiz narkotik qaçaqmalçısıdır. Bu barədə əyalət qubernatorunun mətbuat katibi Əbdülrəhman Manqal televiziya kanalına bildirib.

Onun sözlərinə görə, hadisəni mərkəzi və yerli hakimiyyət orqanları tərəfindən yaradılan iki xüsusi komissiya araşdırmağa başlayıb.