Mingəçevirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Mingəçevirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Avtomobillər toqquşdu - Yaralılar var

Mingəçevirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, şəhərin Samux küçəsi ilə hərəkətdə olan “VAZ-21099” markalı maşın “VAZ-21010” ilə toqquşub.

Nəticədə biri gənc, digəri yaşlı şəxs olmaqla iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzada başı yarılan gənc həkim yardımından imtina edib. Digər yaralı – "VAZ-21010”nun 1960-cı il təvəllüdlü sürücüsü Mirzəyev Rafiq Məhəmməd oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az