Mingəçevir şəhər sakini benzindən zəhərlənib. Mingəçevir şəhər sakini benzindən zəhərlənib.

Qurd xəstəliyindən xilas olmaq üçün benzin içdi

Mingəçevir şəhər sakini benzindən zəhərlənib.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində yerləşən 8 saylı binada baş verib.

1984-cü il təvəllüdlü yerli sakin V.Mustafayev benzin içərək zəhərlənib. Xəstə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

O, benzini qonşusunun məsləhəti ilə qurd xəstəliyindən xilas olmaq üçün içib.

V.Mustafayev hazırda müalicəsini davam etdirir.