Sumqayıt şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər ağır yaralanıb. Sumqayıt şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər ağır yaralanıb.

Sumqayıtda qəza

Sumqayıt şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər ağır yaralanıb.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.

Belə ki, Bakı-Quba yolunun qəsəbə ərazisindən keçən hissəsində iki avtomobil toqquşub. Nəticədə avtomobillərdən birində olan 4 qadın - 1977-ci il təvəllüddlü Kəmalə Hacıbala qızı Baxışova, 1980-ci il təvəllüdlü Səbinə Məzahir qızı Həsənova, 1984-cü il təvəllüdlü Aynurə Teymur qızı Hətəmova, 1984-cü il təvəllüdlü Gülüstan Novruz qızı Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt şəhər TTYX-a çatdırılıblar. İlkin müayinə olunan yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.