18:28
(077) 610-22-33

Nazirlərlə Qənimət Zahidin davasına baxacaq hakimlər bəlli oldu

  • >
234 7 Mart 2013 12:20 | Hadisə

"Ramil Usubovun şikayəti üzrə işə Zəfər Quliyev hakimlik edəcək"


Xəbər verdiyimiz kimi, daxili işlər naziri Ramil Usubovla fövqəladə hallar naziri Kəmaləddin Heydərov "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı xüsusi ittiham qaydasında məhkəmə iddiası qaldırıblar.

Yasamal rayon məhkəməsindəki mənbədən Teleqraf.az-a verilən məlumata görə, artıq hakimlərin kimliyi də məlumdur. Q.Zahidin Cinayət Məcəlləsinin 147.1 maddəsilə məsuliyyətə cəlb olunmasını tələb edən daxili işlər naziri Ramil Usubovun şikayəti üzrə işə hakim Zəfər Quliyev baxacaq. Proses martın 12-nə təyin olunub.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovin şikayəti üzr isə işə hakim Anar Rzayev baxacaq. K.Heydərov baş redaktorun CM-nin 147.2 maddəsilə məsuliyyətə cəlb olunmasını tələb edir. Bu iş üzrə məhkəmə prosesinin vaxtı hələlik təyin olunmayıb.

Xatıtrladaq ki, nazirlərin məhkəməyə müraciət etməsinə səbəb "Azadlıq" qəzetində dərc olunmuş "Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib" başlıqlı məqalədir.

Q.Zahidin özü məslə ilə bağlı açıqlamasında məhkəmədə iştirak edəcəyini və ittihamlara şəxəsən cavab verməyə hazır olduğunu deyib.

Əməkdaşımız məhkəmədə nazirlərin müdafiəçisi kimi çıxış edəcək vəkil Əlirza Həbilovla əlaqə yaratmağa çalışsa da təəssüf ki, onunla danışmaq mümkün olmayıb.

AzNews.az
Bağla X