- Köhnə - Hadisə
- 7 Mart 2013 12:48
- 8 419
İmişlidə karxana tikintisinə etiraz
"Ərazi 50-60 hektarlıq otlaq sahəsidir. İki kənd - Şəmmədli və Qallar kəndlərinin sakinləri mal-qarasını burda otarırdı. İndi isə burda karxana salırlar, deyirlər buranı almışıq. Biz də haqqımızı tələb etmək üçün çıxmışıq. Biz kənd camaatıyıq. Dolanışığımız mal-qarala saxlamaqla çıxır. Hökumət işi yoxdur ki, gedib işləyək. Biz indi nə ilə dolanmalıyıq? Otlaq sahəmizi tələb edirik. Hər tərəfi qazıblar. "Qırmızı kitab"a düşən yolğun ağaclarını da qazıb töküblər".
Əraziyə rayon icra hakimiyyəti, polis şöbəsinin əməkdaşları gəlib. Hələlik camaata karxananı kimin tikməsi haqda məlumat verilməyib.
AzNews.az