Səbail rayonunda gənc oğlan intihar edib. Səbail rayonunda gənc oğlan intihar edib.

Bakıda fəhlə intihar etdi

Səbail rayonunda gənc oğlan intihar edib.

"Report"un xəbərinə görə, hadisə Badamdar qəsəbəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Cabbarov Elxan Qasıməli oğlu yarımtikili binada özünü asıb. Məlum olub ki, o, həmin tikilidə fəhlə kimi çalışıb.

Hadisənin baş verdiyi əraziyə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin və Səbail Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

AzNews.az