Bakı şəhərinin Suraxanı rayonu ərazisində törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Bakı şəhərinin Suraxanı rayonu ərazisində törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Tanışını qətlə yetirdi - Pula və təhqirə görə + Yenilənib

Bakı şəhərinin Suraxanı rayonu ərazisində törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, Əmircandakı dəmir yolu stansiyasında 33 yaşlı Əzimov Sənan Natiq oğlunun bıçaqlayaraq öldürdüyü, 1987-ci il təvəllüdlü Palejniy Rüfət Vasilyeviçlə dost olduğu məlum olub.

Bildirilir ki, dostlar bir müddət imiş, işsiz imiş və bu yaxınlarda birgə iş qurmaq üçün razılaşıblar. Onlar telefon mağazası açmaq, həm də mobil cihazların internet üzərindən alqı-satqısını təşkil etmək istəyirmiş. Bu məqsədlə hər iki dost müəyyən qədər pul tapıb. Dünən isə onların arasında pulun sərf edilməsi və işə başlamaqla bağlı mübahisə yaranıb. Mübahisə zəminində Rüfət Sənanın ünvanına təhqiramiz ifadə işlədib. Əsəblərinə hakim ola bilməyən Sənan Əzimov bıçaqla ortağına 2 zərbə endirərək onu öldürüb. O, daha sonra Suraxanı rayon Polis İdarəsi 31-ci Polis Bölməsinə gedərək təslim olub.

Qeyd edək ki, qətli törədən S.Əzimov evli, 2 uşaq atası olub. Rüfət Palejniy isə subay olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

***

10:30

Bakıda qətl törədilib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Rayon sakini, 1985-ci il təvəllüdlü Sənan Əzimov aralarında yaranmış mübahisə zəminində tanışı, 1987-ci il təvəllüdlü Rüfət Polejniyı bıçaqlayaraq öldürüb. S. Əzimov saxlanılıb. Fakta bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. AzNews.az