Yol polisindən qadın sürücülərə gül hədiyyəsi

Bakı Şəhər Yol Polisi İdarəsinin əməkdaşları 8 Mart bayramı münasibətilə keçirdikləri aksiya zamanı yol hərəkəti qaydalarını pozan, sənədlərində problem olan qadın sürücülərə cərimə əvəzinə gül dəstəsi və hədiyyələr veriblər. Bu gün Atatürk prospektində saxlanan qadın sürücülər, bayram olduğu üçün cəzalandırılmayıblar.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Milli.Az-a bildirdi ki, 8 Mart Beynəlxaq Qadınlar Günündə paytaxt ərazisində "Nümunəvi qadın sürücü" devizi altında ənənəvi aksiya sabah keçiriləcək. Aksiya zamanı "Yol hərəkəti haqqında" qanunun tələblərinə uyğun hərəkət edən qadın sürücülərə mükafatlar təqdim ediləcək.

AzNews.az