Bakıda iki avtomobil toqquşub. Bakıda iki avtomobil toqquşub.

Bakıda “İnfiniti” “Haval”la toqquşdu

Bakıda iki avtomobil toqquşub.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, qəza Babək prospektində qeydə alınıb.

“İnfiniti” markalı, 99-ME-046 dövlət nömrə nişanlı avtomobil yolun əks istiqaməti ilə hərəkət edən “Haval” markalı, 99-KZ-805 dövlət nömrə nişanlı maşınla toqquşub.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az