Tərtər rayonunda bir nəfər dördmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Tərtər rayonunda bir nəfər dördmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Tərtərdə 1 nəfər özünü öldürmək istəyib

Tərtər rayonunda bir nəfər dördmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-dən AzNews.az-a verilən məlumata görə, Nazirliyin Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşla aparılmış psixoloji söhbətlər nəticəsində o, intihar etmək fikrindən daşınıb.